A seriyasında rekord gözləntisi

Xəbərlər
17 May 2025 16:44
37
A seriyasında rekord gözləntisi

A seriyasında yeni rekord qeydə alına bilər.

İdman.biz xəbər verir ki, “Cenoa” “Atalanta” ilə matçın sifariş vərəqinə 15 yaşlı futbolçu daxil edib.

Roberto Skalyone bu matçda meydana çıxsa, A seriyası tarixinin ən gənc futbolçusu olacaq. Hazırda rekord Françesko Kamardeyə məxsusdur. O, 2023-cü ildə “Milan” forması ilə debüt edəndə 15 yaş 8 ay 5 günlük olub.

Qeyd edək ki, bu gün keçiriləcək “Cenoa” – “Atalanta” görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İdman.biz