Xabi Alonso keçmiş oyundaşını "Real"a gətirmək istəyir

Xəbərlər
17 May 2025 15:16
73
Xabi Alonso keçmiş oyundaşını "Real"a gətirmək istəyir

Xabi Alonso "Real Madrid"ə rəhbərlik etməyə hazırlaşır - onun təyinatının iyunun 1-də rəsmən elan ediləcəyi gözlənilir.

İdman.biz xəbər verir ki, "El Gol Digital"ın məlumatına görə, 43 yaşlı məşqçi klub tarixinin ən məhsuldar oyunçusu olan Kriştianu Ronaldunun qayıdışına qarşı deyil.

Portuqaliyalı futbolçu yayda Klublararası dünya çempionatı-2025-də iştirak etmək üçün "Real"la bir aylıq müqavilə imzalamağı nəzərdən keçirir. Xabi Alonso hesab edir ki, Ronaldunun böyük təcrübəsi bu turnirdə komandaya kömək edə bilər.

40 yaşlı forvard hazırkı mövsümdə “Əl-Nəsr”in heyətində 39 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xabi Alonso və Kriştiano Ronaldo 2009-2014-cü illərdə "Real"da birlikdə çıxış ediblər.

İdman.biz