Kriştiano Ronaldonun klubu Çempionlar Liqasına vəsiqə qazanmayıb

Xəbərlər
17 May 2025 09:59
41
Kriştiano Ronaldonun klubu Çempionlar Liqasına vəsiqə qazanmayıb

Kriştiano Ronaldonun klubu gələn mövsüm Asiya Çempionlar Liqasında çıxış etməyəcək.

İdman.biz xəbər verir ki, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 32-ci turunda "Əl-Taaun" ilə 1:1 hesablı heç-heçə edib.

Ər-Riyad təmsilçisi turnir cədvəlində 64 xalla 4-cü yeri tutur. Portuqaliyalı forvard "Əl-Nəsr"ın son iki oyununu buraxıb.

Qeyd edək ki, 2025/26 mövsümündə Asiya Çempionlar Liqası Elitdə üç səudiyyəli komanda çıxış edəcək. Bunlar çempion "Əl-İttihad", eləcə də 71 xal toplayaraq rəqibləri üçün əlçatmaz olan ikinci yerdəki "Əl-Hilal"dır.

Üçüncü iştirakçı bu mövsüm Asiya Çempionlar Liqası Eliti qazanan "Əl-Əhli" olacaq. Ciddə klubu hazırda Səudiyyə Ərəbistanı liqasında 5-ci yerdədir.

Cari mövsümdə Ronaldonun komandası Çempionlar Liqası Elitin yarımfinalında "Kavasaki Frontale"yə 2:3 hesabı ilə uduzub.

İdman.biz