Braziliyanın UOL nəşri Neymarın "Santos"la müqaviləsinin təfərrüatlarını dərc edib.
İdman.biz xəbər verir ki, 33 yaşlı futbolçunun Braziliya klubunda ayda 3,3 milyon avro qazandığı bildirilir.
Neymar sponsorlardan və adı yazılmış köynəklərin satışından gəlirin 75%-ni alır. Ona stadionda üç VIP oturacaq ayrılıb. Futbolçuya, ailəsinə və dostlarına təyyarələrdə uçuşlar, eləcə də dəbdəbəli hotellərdə yerləşmə haqqı ödənilir. Ümumilikdə, "Santos" illik büdcəsinin 25 %-ni Neymara xərcləyir.
"Santos"un yetirməsi olan Neymar kluba 2025-ci ilin yanvarında qayıdıb. O vaxtdan bəri braziliyalı forvard komandanın heyətində 9 oyun keçirib və 3 qol vurub.
İdman.biz