Azərbaycanlı futbolçunun komandası pley-offun yarımfinalında

Xəbərlər
15 May 2025 23:47
44
Azərbaycanlı futbolçunun komandası pley-offun yarımfinalında

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasının pley-offunda qələbə qazanıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Boluspor" səfərdə "İstanbulspor"un qonağı olub.

Vüsalın komandası bir oyundan ibarət mərhələni 2:1 hesablı qələbə ilə başa vurub. Hesabda geri düşən bolular ardıcıl iki qol vuraraq, ple-offun yarımfinalına yüksəliblər. Bu görüşdə İsgəndərli meydana çıxmaq şansı qazanmayıb.

Qeyd edək ki, "Boluspor" yarımfinalda "Ərzurumspor"u mübarizədən kənarlaşdıran "Bandırmaspor"la qarşılaşacaq. Oyun mayın 19-da keçiriləcək.

İdman.biz