Dünyanın məşhur Forbes jurnalı ən çox qazanan idmançıların siyahısını dərc edib.
İdman.biz xəbər verir ki, portuqaliyalı ulduz Kriştiano Ronaldo ilk pllədə qərarlaşıb.
"Forbes" "Əl-Nəsr" və Portuqaliya yığmasının futbolçusunun 2024-cü il mayın 1-dən bu il mayın 1-dək 275 milyon dollar qazandığnı yazıb. Bu məbləğin 225 milyonunu məvacib və bonuslar təşkil edib, digəri isə sponsor gəlirləri olub.
Siyahının ikinci pilləsində "Qolden Steyt"in basketbolçusu Stefan Karri (156 milyon), üçüncü də isə boksçu Tayson Fyuri (146 milyon) qərarlaşıb. Növbəti yerlərdə Amerika futbolunda çıxış edən Dak Preskott (137 milyon) və "İnter Mayami"nin ulduzu Lionel Messi (135 milyon) tutublar.
Ən çox qazanan idmançılar - Top-10
1. Kriştiano Ronaldo (futbol) - 275 milyon dollar (idmanda 225 milyon dollar + idmandan kənarda 50 milyon dollar)
2. Stefan Karri (basketbol) - 156 (100+56) milyon
3. Tayson Fyuri (boks) - 146 (140+6) milyon
4. Dak Preskott (Amerika futbolu) - 137 (127+10) milyon
5. Lionel Messi (futbol) - 135 (60+75) milyon
6. Lebron Ceyms (basketbol) - 133,8 (48,8+85) milyon
7. Xuan Soto (beysbol) - 114 (109+5) milyon
8. Kərim Benzema (futbol) - 104 (100+4) milyon
9. Şohey Ohtani (beysbol) - 102,5 (2,5+100) milyon
10. Kevin Durant (basketbol) - 101,4 (51,4+50) milyon.
İdman.biz