Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu matç D qrupunun II turu çərçivəsində baş tutacaq.
İdman.biz