“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov istefaya göndərilib.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Cavadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
İdman.biz