Azər Bağırov: "İnanıram ki, həm birinci, həm də ikinci hissə hamının xoşuna gəldi"

Xəbərlər
11 May 2025 21:13
44
Azər Bağırov: "İnanıram ki, həm birinci, həm də ikinci hissə hamının xoşuna gəldi"

"İnanıram ki, həm birinci, həm də ikinci hissə hamının xoşuna gəldi".

İdman.biz xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Sumqayıt"a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

O, meydanda yaxşı mübarizə olduğunu vurğulayıb: "Premyer Liqada qalmağı bir gün əvvəl təmin etmişdik. Amma dünən axşam və bu gün komanda üzvləri ilə danışığımız oldu ki, hər bir oyun futbolçunun karyerasının bir parçasıdır. Həmin o hissələr də yadda qalan olmalıdır. Maksimum şəkildə özümüzü yaxşı tərəfdən göstərməliyik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Fasilədən sonra daha fərqli oynamağa çalışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Bütün "Kəpəz" ailəsini, xüsusən də bizi sevən azarkeşlərimizi təbrik edirəm. Bu gün bir pillə irəlilədik".

İdman.biz