“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Bunu İdman.biz-ə “Şamaxı”nın futbolçusu Rüfət Abbasov deyib.
O, Misli Premyer Liqasının 34-cü turunda baş tutacaq “Sabah”la oyun öncəsi fikirlərini açıqlayıb. 20 yaşlı müdafiəçi bildirib ki, “Şamaxı” qarşılaşmaya tam hazırdır: “Sabah” çox yaxşı komandadır, keyfiyyətli futbolçuları var. Üstəlik, səfərdə oynayacağıq. Bizi çətin oyun gözləyir, hazırlıqlarımız yaxşı keçib, məşqçilərimiz rəqib haqqında ətraflı məlumat veriblər. Komanda daxilində əhval-ruhiyyə çox yüksəkdir. Bizim komanda da yaxşıdır, son 4 oyundur məğlub olmuruq, istəyirik ki, bu seriya davam etsin. Meydana qələbə üçün çıxacağıq. Bu matçda əlimizdən gələnin ən yaxşısı etməyə çalışacağıq”.
Abbasov karyerasını “Şamaxı”da davam etdirmək niyyətindədir: “Klubla gələn mövsüm üçün də müqaviləm var. Hazırda bütün fikrim “Şamaxı”dadır. Burada özümü xoşbəxt hiss edirəm. Komanda daxilində hər şey əladır. Biz bir ailə kimiyik”.
Qeyd edək ki, sabah baş tutacaq “Sabah” – “Şamaxı” matçının start fiti saat 19:00-da səslənəcək.
Aytac Sahəd
İdman.biz