"Qalatasaray"ın keçmiş futbolçusu şərti azadlığa buraxılıb - YENİLƏNİB

Xəbərlər
7 May 2025 16:42
67
"Qalatasaray"ın keçmiş futbolçusu şərti azadlığa buraxılıb - YENİLƏNİB

"Qalatasaray"ın və Türkiyə millisinin keçmiş futbolçusu Ümit Karan şərti azadlığa buraxılıb.

İdman.biz xəbər verir ki, bununla bağlı insayder Yağız Sabuncuoğlu paylaşım edib.

Karan "sadə cinsi təcavüz"lə ittiham olunur.

***

16:17

"Qalatasaray"ın keçmiş forvardı Ümit Karan Bakırköy Asliye Cəza Məhkəməsi tərəfindən 2015-ci ildə yaşadığı mənzilin xanım mühafizəçisinə qarşı "sadə cinsi təcavüz" ittihamı ilə bəraət qazansa da, iş apellyasiyaya göndərildiyindən, Bölgə Ədalət Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilib.

İdman.biz xəbər verir ki, Kassasiya Məhkəməsi 48 yaşlı futbol veteranına verilən 1 il 8 ay müddətinə həbs cəzasını təsdiqləyib.

O, təsdiqlənən cəza çərçivəsində bu gün Bakırköy Ədliyyəsinə gələrək Metris Həbsxanasına göndərilib.

Qeyd edək ki, Ümit Karan 1999-2007-ci illərdə Türkiyə millisində 10 oyunda 3 qol vurub, həmçinin "Qalatasaray"la 3 dəfə ölkə çempionu olub.

İdman.biz

Məqalədə: