Vüsal İsgəndərli komandasının Türkiyə Birinci Liqasında qazandığı böyük hesablı qələbədə iştirak edib.
İdman.biz xəbər verir ki, Azərbaycanlı futbolçunun formasını geyindiyi "Boluspor" 37-ci turda aşkar autsayder "Yeni Malatyaspor"a qalib gəlib - 10:1.
Start heyətində yer alan İsgəndərli oyunu əvəz olunmadan keçirərək komandasının yeddinci qolunu vurub, həm də matçın sonlarında sarı vərəqə alıb.
Həmin 37-ci turda Coşqun Diniyevin klubu “Çorum” da “Şanlıurfaspor”u məğlub edib - 2:1. Azərbaycan millisinin futbolçusu 83-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, İsgəndərlinin klubu 58 xalla səkkizinci, Diniyevin komandası isə 54 xalla onuncu pillədə qərarlaşıblar.
İdman.biz