"Kəpəz" legionerə yeni müqavilə təklif edib

Xəbərlər
3 May 2025 13:22
279
"Kəpəz" legionerə yeni müqavilə təklif edib

"Kəpəz" futbolçusu Mahamadu Baya yeni müqavilə təklif edib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisinin 25 yaşlı malili yarımmüdafiəçiyə təklif etdiyi yeni sözləşmə 2 illikdir.

Anlaşmada afrikalı oyunçunun maaşının da artması nəzərdə tutulub.

Qeyd edək ki, Mahamadu Ba ötən ilin oktyabrında azad agent kimi "Kəpəz"ə keçmişdi.

İdman.biz