“Araz-Naxçıvan” tilsimi qıracaqmı?

Xəbərlər
3 May 2025 12:29
265
“Araz-Naxçıvan” tilsimi qıracaqmı?

Misli Premyer Liqasının ikinci oyun günü Bakıda yekunlaşacaq.

İdman.biz xəbər verir ki, turun 3-cü matçında “Araz-Naxçıvan”la “Sabah” qarşılaşacaq.

Bu, rəqiblərin Premyer Liqada 8-ci dueli olacaq. Əvvəlki 7 oyunda bakılılar üstün durumdadır.

Naxçıvan təmsilçisi 1 dəfə qələbə qazanıbsa, paytaxt klubu 3 dəfə sevinib. Digər 3 görüşdə qalib müəyyənləşməyib. “Sabah” top fərqində də öndədir – 8-6.

“Sabah” son 5 görüşdə qol vurub və uduzmayıb. Bu tilsimi qırmağa çalışacaq “Araz-Naxçıvan” evdəki son iki qarşılaşmada məğlub olub.

07.10.2023

Sabah - Araz-Naxçıvan

1:1

15.12.2023

Araz-Naxçıvan - Sabah

2:0

02.03.2024

Sabah - Araz-Naxçıvan

2:0

05.05.2024

Araz-Naxçıvan - Sabah

0:1

05.10.2024

Sabah - Araz-Naxçıvan

1:1

14.12.2024

Araz-Naxçıvan - Sabah

0:1

04.03.2025

Sabah - Araz-Naxçıvan

2:2

Qeyd edək ki, qarşılaşma saat 19:30-da başlayacaq.

İdman.biz