"Kəpəz"də qalmaqal: Baş məşqçi komandanı meydana çıxarmaq istəmir

Xəbərlər
2 May 2025 11:56
236
"Kəpəz"də qalmaqal: Baş məşqçi komandanı meydana çıxarmaq istəmir

Misli Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan "Kəpəz" problemlə üzləşib.

İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, yeni rəhbərlik 2025/26 mövsümünün planlarını indidən qurur.

Gəncəlilər baş məşqçi axtarışlarına başlayıblar. Klub rəsmiləri Mirça Redniklə danışıqlara başlayıblar. Bu da hazırkı baş məşqçi Azər Bağırovu qəzəbləndirib. Mütəxəssis komandanı son 4 matça çıxarmaq istəməyib. Baş məşqçi istefa vermək istəsə də, rəhbərlik bununla razılaşmayıb. Gəncə təmsilçisinin rəsmiləri Azər Bağırovun mövsümün sonuna qədər işinin başında qalmasına razı salıblar.

Qeyd edək ki, 32 turdan sonra hesabında 28 xal olan "Kəpəz" 9-cu sırada qərarlaşıb.

İdman.biz