Çempionlar Liqası: “Qarabağ”a daha iki mümkün rəqib

Xəbərlər
1 May 2025 18:02
226
Çempionlar Liqası: “Qarabağ”a daha iki mümkün rəqib

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, “Kayrat” (Qazaxıstan) və “Differdanj”ın (Lüksemburq) püşkatmada hansı səbətdə yer alacaqları dəqiqləşib.

Hər iki komanda səpələnməmişlər sırasında olacaq. Bu üzdən də bu klublar Azərbaycan çempionunun mümkün rəqibləri siyahısına daxil olub.

Qurban Qurbanovun yetirmələri səpələnmişlər səbətində qərarlaşıb. 32 klubun qatılacağı I təsnifat mərhələsində təmsilçimizin 16 mümkün rəqibi olacaq. “Kayrat” və “Differdanj”a qədər “İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus”un (San Marino) da səpələnməmiş olacağı dəqiqləşib.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də atılacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: