Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən növbəti Millətlər Liqası turnirində finala yüksəlib.
İdman.biz xəbər verir ki, yarımfinalda Belçika ilə qarşılaşan Azərbaycan millisi rəqibinə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
Təmsilçimiz ötən gün Ukrayna ilə 2:2 hesablı bərabərə qalıb, Slovakiyaya isə 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, ötən həftə Azərbaycan yığması Monteneqroda keçirilən analoji turnirin qalibi olub.
İdman.biz