"İnter"in Barselonadakı son matçında 3:3 hesablı heç-heçə olub - VIDEO

Xəbərlər
30 Aprel 2025 13:44
236
"İnter"in Barselonadakı son matçında 3:3 hesablı heç-heçə olub - VIDEO

UEFA Çempionlar Liqasının ikinci yarımfinalında "Barselona" və "İnter" qarşılaşacaqlar.

İdman.biz xəbər verir ki, "Barsa"nın beşinci Çempionlar kuboku/Çempionlar Liqasını qazandığı 2015-ci ildən sonra ilk dəfə finala çıxmaq şansı var.

Sonuncu dəfə 2023-cü ildə Çempionlar Liqasının finalçısı olan "İnter" isə onda İstanbulda "Mançester Siti"yə 0:1 hesabı ilə məğlub olmuşdu.

Rəqiblərin əvvəlki görüşlərinə gəlincə, 12 qarşılaşmadan 6-da "Barselona", 2-də "İnter" qələbə qazanıb, daha 4 oyun isə heç-heçə başa çatıb.

Komandaların son qarşılaşmaları 2022-ci ildə Çempionlar Liqasının qrup mərhələsində olub. "İnter" Hakan Çalhanoğlunun yeganə qolu ilə "San Siro"da qələbə qazanıb. Barselonadakı matç isə bol qollu keçib - 3:3.

Bu, "Barselona"nın cari mövsümdə İtaliya təmsilçiləri ilə ikinci qarşılaşması olacaq. Liqa mərhələsində kataloniyalılar "Atalanta" ilə heç-heçə ediblər - 2:2.

Vaxtilə İtaliyada çıxış edən "Barselona"nın qapıçısı Voytsex Şesnı "Roma" və "Yuventus"un heyətində "İnter"ə qarşı oynayıb.

Daha bir maraqlı fakt diqqəti çəkir. "Barsa"nı çalışdıran Hansi Flik 2019-2021-ci illərdə "İnter"li Benjamin Pavardın "Bavariya"da baş məşqçisi olub. "Barselona"nın forvardı Robert Levandovski də o vaxt "Bavariya"da çıxış edib. Amma hər iki futbolçu zədə səbəbindən oynamayacaq.

Qeyd edək ki, "Barselona" - "inter" matçı bu gün Bakı vaxtilə saat 23:00-da başlayacaq.

İdman.biz