“Arsenal” İngiltərə Premyer Liqasında son 17 ilin antirekordunu təkrarlayıb.
İdman.biz xəbər verir ki, London klubu bir mövsümdə əldən verilən qələbələrin sayını 9-a çatdırıb.
Mikel Artetanın yetirmələri XXXIV turun “Kristal Pelas”la görüşündə üstünlüyünü qoruya bilməyib – 2:2. Sonuncu dəfə belə uğursuzluğa “Tottenhem” üzülüb. Londonlular 2007/08 mövsümündə hesabda öndə olduğu 9 görüşdə xal itirib.
Qeyd edək ki, 34 oyunda 67 xal toplayan “Arsenal” turnir cədvəlində ikincidir.
İdman.biz