Səfərdə "Nottingem"ə 1:2 hesabı ilə uduzan "Tottenhem" Premyer Liqada son yeddi matçdan 5-də məğlub olub.
İdman.biz xəbər verir ki, komanda fevralın 22-dən sonra İngiltərə çempionatında yalnız bir oyunda qələbə qazanıb və bir dəfə də heç-heçə edib.
Ümumiyyətlə, “Tottenhem” cari Premyer Liqada 18 dəfə uduzub ki, bu da London təmsilçisinin son 20 ildə ən uğursuz mövsümü deməkdir. Komanda sonuncu dəfə 2003/04-cü illər çempionatında bu qədər oyunda uduzub və yekunda da yarışı 19 məğlubiyyətlə başa vurub.
Hazırda “Tottenhem” 37 xalla 16-cı yerdədir və qarşıda "Liverpul", "Vest Hem", "Kristal Pelas", "Aston Villa" və "Brayton"la oyunları var.
İdman.biz