"Liverpul" qalib gəlib - növbəti qələbə və ya "Arsenal"ın məğlubiyyəti "qırmızılar"ı çempion edəcək - VİDEO

Xəbərlər
20 Aprel 2025 21:24
381
"Liverpul" qalib gəlib - növbəti qələbə və ya "Arsenal"ın məğlubiyyəti "qırmızılar"ı çempion edəcək - VİDEO

İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, bu günə təyin edilən dörd qarşılaşmadan üçü başa çatıb.

"Çelsi" Londonun digər təmsilçisi "Fulhem"lə oyunda əzmkar qələbə qazanıb - 2:1.

"Arsenal" isə aşağı diviziona düşməyə yaxın olan və 32-ci dəqiqədən azlıqda qalan "İpsviç"ə səfərdə böyük hesabla qalib gəlib - 4:0.

"Mançester Yunayted" evdə "Vulverhempton"a minimal hesabla uduzub - 0:1.

Çempionluğun bir addımlığında olan "Liverpul" isə uğursuz günlərini yaşayan "Lester" səfərində bir qolla 3 xal qazanıb. Lider aprelin 27-də evdə "Tottenhem"lə növbəti oyunda da qalib gəlməklə çempionluğunu təmin etmiş olacaq. Amma bundan əvvəl "Arsenal"ın aprelin 23-də evdə "Kristal Pelas"a məğlubiyyəti də "qırmızılar"ı çempion edəcək.

Bu məğlubiyyətdən sonra "Lester"in gələn mövsüm Premyer Liqada yerini itirəcəyi dəqiqləşib.

İngiltərə
Premyer Liqa. 33-cü tur
20 aprel
17:00. "Mançester Yunayted" - "Vulverhempton" 0:1

17:00. "İpsviç" – "Arsenal" 0:4

17:00. "Fulhem" – "Çelsi" 1:2

19:30. "Lester" – "Liverpul" 0:1

O

Q

H

M

T

X

1

Liverpul

33

24

7

2

75-31

79

2

Arsenal

33

18

12

3

61-27

66

3

Nyukasl

33

18

5

10

62-44

59

4

Mançester Siti

33

17

7

9

64-42

58

5

Çelsi

33

16

9

8

58-40

57

6

Nottingem

32

17

6

9

51-38

57

7

Aston Villa

33

16

9

8

53-47

57

8

Bornmut

33

13

10

10

52-40

49

9

Fulhem

33

13

9

11

48-45

48

10

Brayton

33

12

12

9

53-53

48

11

Brentford

33

13

7

13

56-50

46

12

Kristal Pelas

33

11

11

11

41-45

44

13

Everton

33

8

14

11

34-40

38

14

Mançester Yunayted

33

10

8

15

38-46

38

15

Vulverhempton

33

11

5

17

48-61

38

16

Tottenhem

32

11

4

17

60-49

37

17

Vest Hem

33

9

9

15

37-55

36

18

İpsviç

33

4

9

20

33-71

21

19

Lester

33

4

6

23

27-73

18

20

Sauthempton

33

2

5

26

24-78

11

İdman.biz