AFFA-dan “Çinar”ın məşqçilərinin şiddətli etirazına CAVAB

Xəbərlər
11 Aprel 2025 15:02
77
AFFA-dan “Çinar”ın məşqçilərinin şiddətli etirazına CAVAB

12 yaşadək futbolçular arasında Azərbaycan çempionatında çıxış edən “Çinar”ın iki məşqçisi cəzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna çalışdırıcıların “Kəpəz”lə matçın 55-ci dəqiqəsindəki davranışları səbəb olub. Köməkçi məşqçilər Elçin Quziryani və Teymur Nəbiyev qarşılaşmanın hakiminə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün hər biri 2 oyun cəzalanıb.

İdman.biz

Məqalədə: