Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutub.
“Bodo Qlimt” öz meydanında “Latsio”nu məğlub edib. Vikinqlər qonaqların qapısından iki cavabsız top keçiriblər.
Digər 3 oyunda qalib müəyyənləşməyib. “Reyncers” - “Atletik” görüşündə qapılara qol vurulmayıb. Qonaqlar qələbəyə yaxın olsalar da, penaltidən istifadə edə bilməyiblər. “Tottenhem” “Ayntraxt”ı sınağa çəkib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
“Lion” öz meydanında “Mançester Yunayted”lə heç-heçə oynayıb - 2:2.
Qeyd edək ki, cavab oyunları aprelin 17-də keçiriləcək.
Avropa Liqası
1/4 final, ilk oyunlar
10 aprel
20:45. “Bodo Qlimt” – “Latsio” - 2:0
Qollar: Saltnes, 47; 69
23:00. “Lion” – “Mançester Yunayted” - 2:2
Qollar: Almada, 25. Çerki, 90+5 - Yoro, 45+5. Zirkzee, 88
23:00. “Reyncers” – “Atletik” - 0:0
23:00. “Tottenhem” – “Ayntraxt” - 1:1
Qollar: Porro, 26 - Etikite, 6
İdman.biz