Tellur Mütəllimovun qolu ƏN YAXŞI seçilib - VİDEO

9 Aprel 2025 17:10
278
Tellur Mütəllimovun qolu ƏN YAXŞI seçilib - VİDEO

“Ayın qolu” layihəsinin qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Misli Premyer Liqasında martın ən yaxşı qoluna “Sabah”ın futbolçusu Tellur Mütəllimov imza atıb.

O, 11 mümkün səsdən 6-nı toplayıb. Rüfət Abdullazadə (“Səbail”) üç, Bernardo Dias (“Araz-Naxçıvan”) 2 səs yığıb. I Liqada Pablo Alveş və II Liqada Rəvan Quluzadə qalib olub.

Qeyd edək ki, Tellur bu qolu “Sumqayıt”la matçda (3:3) vurub.

İdman.biz