Ayxan Abbasovdan uğurlu debüt

Xəbərlər
22 Mart 2025 22:54
129
Ayxan Abbasovdan uğurlu debüt

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk sınağına çıxıb.

U-21 millimiz Türkiyədə təşkil olunan təlim-məşq toplanışında birinci yoldaşlıq görüşünü keçirib. Komandamız Moldova ilə qarşılaşıb. Oyun futbolçularımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz hər iki qolu 1-ci hissədə vurub. 18-ci dəqiqədə Oruc Məmmədov və 25-ci dəqiqədə Sadiq Şəfiyev fərqləniblər. Ayxan Abbasovun yığmadakı debütü uğurlu alınıb.

Qeyd edək ki, martın 26-dək davam edəcək toplanış çərçivəsində ikinci sınaq ayın 25-də olacaq. Millimiz Şimali Makedoniya ilə görüşəcək.

U-21-lər arasında yoldaşlıq oyunu
22 mart

21:00. Azərbaycan – Moldova - 2:0

İdman.biz