Millimizi gözləyən itki

Xəbərlər
18 Mart 2025 09:12
85
Millimizi gözləyən itki

Milli komandaların FİFA reytinqi ilə bağlı proqnoz açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının aprel reytinqinə mövqeyini qoruyacağı gözlənilir.

Ehtimallara əsasən, Haiti və Belarusla yoldaşlıq oyunları Fernandu Santuşun yetirmələrinin mövqeyinə təsir etməyəcək. Millimiz bu iki görüşdə xal itkisi ilə üzləşsə də, 117-ci yerdə qalacaq. Hazırda 1158,70 xala malik komandanın aktivinin 1150,59-a düşəcəyi proqnozlaşdırılır. Lakin 8,11 xal itkisi də indiki mövqeyi qorumaq üçün yetərli olacaq.

Qeyd edək ki, yığmamız martın 22-də Haiti, üç gün sonra Belarusla qarşılaşacaq.

İdman.biz

Məqalədə: