“Zirə” – “Kəpəz” oyununun vaxtı yenidən dəyişdirilib

24 Fevral 2025 14:24
312
“Zirə” – “Kəpəz” oyununun vaxtı yenidən dəyişdirilib

Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının vaxtı yenidən dəyişdirilib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu dəyişikliyə kəskin hava şəraiti səbəb olub. Bu günə təxirə salınmış “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib. Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Qeyd edək ki, görüşün saat 16:00-da başlaması nəzərdə tutulmuşdu.

İdman.biz