Özbəkistanlı hücumçu "Sumqayıt"da

Xəbərlər
19 Fevral 2025 22:24
139
Özbəkistanlı hücumçu "Sumqayıt"da

“Sumqayıt” heyətini özbəkistanlı hücumçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.

27 yaşlı futbolçu "Sumqayıt"a Özbəkistanın “Nasaf” klubundan keçib. Bobur komandada “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

İdman.biz