Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa Liqasının pley-off mərhələsinin matçında iş başında olacaq.
O, “Qalatasaray” (Türkiyə) – “Alkmaar” (Niderland) görüşünə təyinat alıb. Hüseynzadə qarşılaşmanın UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, fevralın 20-də keçiriləcək qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.
İdman.biz