Toral Bayramov: “Neftçi” son vaxtlar yaxşı formadadır”

Xəbərlər
18 Fevral 2025 13:13
140
Toral Bayramov: “Neftçi” son vaxtlar yaxşı formadadır”

“Ağır oyun olacağını əvvəldən bilirdik. Matçın gedişində 10 nəfərlə qaldıq. Buna baxmayaraq, sona qədər döyüşdük, vuruşduq. Uşaqların hamısına təşəkkür edirəm. Şükürlər olsun ki, qalib gəldik. Çox sevinirik”.

İdman.biz xəbər verir ki, bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Qarabağ”ın üzvü Toral Bayramov Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, rəqibin qarşılaşmaya fəal başlamasına belə münasibət bildirib: “Neftçi” həmişə ev oyunlarına aqressiv, aktiv başlayır. Belə olacağını gözləyirdik. “Neftçi” son vaxtlar yaxşı formadadır”.

Bayramov matçın gedişində heç-heçə ilə razılaşmadıqlarını vurğulayıb: “Sırf müdafiədə oturmamışdıq. Rəqibi orta zonada qarşılayırdıq. Bu, baş məşqçinin tapşırığı idi. Fürsətlərdən yararlanmağa çalışırdıq. Təhlükəli epizodlarımız oldu, sadəcə sonluğu gətirə bilmirdik. Yekunda isə istəyimizə çatdıq və qalib gəldik”.

“Qarabağ”ın müdafiəçisi növbəti turda “Sabah”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Bizi növbəti çətin oyun gözləyir. Ciddi hazırlaşacağıq. Həmin matçda da meydana qələbə qazanmaq üçün çıxacağıq. Amma asan olmayacaq. Sona qədər mübarizə aparacağıq”.

İdman.biz