“Liverpul”un hədəfindəki hücumçu

Xəbərlər
18 Fevral 2025 09:15
124
“Liverpul”un hədəfindəki hücumçu

“Liverpul”un transfer etmək istədiyi hücumçu bəlli olub.

İdman.biz xəbər verir ki, Premyer Liqanın lideri Aleksander İsakın xidmətində maraqlıdır.

Mersisayd təmsilçisi mövsümün sonunda Darvin Nunyesi əvəzləyəcək hücumçu axtarır. “Nyukasl”ın 25 yaşlı isveçli hücumçusu məşqçi Arne Slotun komandasında görmək istədiyi forvarddır.

Qeyd edək ki, İsak mövsümün 28 matçında 19 qol və 5 assistə imza atıb.

İdman.biz