1988-ci il Seul olimpiadasında SSRİ yığmasının “qızıl” qolunun müəllifi, olimpiya çempionu Yuri Saviçev hazırda nə işlə məşğul olduğu barədə danışıb.
İdman.biz "Championat"a istinadən xəbər verir ki, bu gün 60 yaşı tamam olan keçmiş futbolçu Almaniyada yaşayır.
Saviçev futboldan uzaqlaşdığını deyir: "Aşağı liqalarda məşqçilik etməyə çalışdım, amma alınmadı - mənlik deyil. Oğlum Yurka tibbi klinikada işləyir. Tibbi texnik kimi təhsil aldım - cihazları təmir edirəm. Doqquz ildir ki, buradayam. Sabit maaş var. Səhər tez durmağa öyrəşməyim uzun sürdü. İş günü saat 7:00-da başlayır və 15:30-da bitir. Şənbə və bazar günləri istirahətdir. Futbolda yalnız əsəb var. Mən dözə bilmədim”.
Saviçev sovet dövründə Moskva "Torpedo"sunun şərəfini qoruyub, sonra Yunanıstan ("Olimpiakos") və Almaniyada ("Saarbrükken", "Sankt-Pauli") çıxış edib, SSRİ yığmasının formasını geyinib, karyerasını 2000-ci ildə başa vurub.
Qeyd edək ki, futbolçumuz İqor Ponomaryov da Saviçevlə birlikdə SSRİ yığmasının heyətində 1988-ci ildə Olimpiya çempionu olub.
İdman.biz
