“Turan Tovuz”un futbolçusu Panamada əməliyyat olunub

7 Yanvar 2025 10:43
312
“Turan Tovuz”un futbolçusu Panamada əməliyyat olunub

“Turan Tovuz”un futbolçusu Roderik Miller əməliyyat olunub.

Klubdan İdman.biz-ə verilən məlumata görə, menisk yırtığı diaqnozu qoyulan 32 yaşlı panamalı legioner artroskopik diz əməliyyatı keçirib.

Klub rəhbərliyi və həkimlərin icazəsi ilə futbolçunun əməliyyatı vətənində, milli komandanın həkimlərinin nəzarəti altında baş tutub.

Əməliyyat uğurlu keçib. Lakin onun meydana nə vaxt dönəcəyi açıqlanmayıb.

İdman.biz