Premyer Liqa klubunda yeni baş məşqçi

Xəbərlər
20 Dekabr 2024 13:39
246
Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, Premyer Liqa təmsilçisini İvan Yuriç çalışdıracaq.

Bu gün 49 yaşlı xorvat mütəxəssislə müqavilə imzalanacaq. O, istefaya göndərilən Rassell Martini əvəzləyəcək.

Qeyd edək ki, Yuriç bunadək “Cenoa”, “Verona”, “Torino” və cari mövsümdə ayrıldığı “Roma”da çalışıb.

İdman.biz