Bu gün Misli Premyer Liqasının XVII turunun ilk oyununda “Şamaxı” “Səbail”i qəbul edəcək.
İdman.biz xəbər verir ki, komandalar ölkə çempionatları tarixində 25-ci dəfə üz-üzə gələcəklər.
Yubiley duelinə qədər baş tutan 24 matçda üstünlük “Səbail”dədir. 9 qələbəsi olan bakılılar 8 heç-heçə edib və 7 dəfə uduzublar.
Top fərqində də paytaxt təmsilçisi öndədir – 25-23. “Səbail” son üç matçda qol vurub. “Şamaxı” son iki görüşdən xalsız və qolsuz ayrılıb.
|
25.08.2017 |
İnter - Səbail |
1:0 |
|
20.10.2017 |
Səbail - İnter |
1:0 |
|
11.02.2018 |
Keşlə - Səbail |
1:1 |
|
20.05.2018 |
Səbail - Keşlə |
0:1 |
|
26.08.2018 |
Keşlə - Səbail |
1:2 |
|
28.10.2018 |
Səbail - Keşlə |
2:1 |
|
02.02.2019 |
Keşlə - Səbail |
0:3 |
|
11.05.2019 |
Səbail - Keşlə |
1:4 |
|
15.09.2019 |
Keşlə - Səbail |
1:2 |
|
02.11.2019 |
Səbail - Keşlə |
0:0 |
|
07.02.2020 |
Keşlə - Səbail |
0:1 |
|
17.10.2020 |
Səbail - Keşlə |
1:1 |
|
20.12.2020 |
Keşlə - Səbail |
0:2 |
|
02.03.2021 |
Səbail - Keşlə |
1:1 |
|
25.04.2021 |
Keşlə - Səbail |
1:0 |
|
16.10.2021 |
Səbail - Keşlə |
1:2 |
|
04.12.2021 |
Keşlə - Səbail |
2:2 |
|
12.03.2022 |
Səbail - Keşlə |
0:3 |
|
03.05.2022 |
Şamaxı - Səbail |
0:0 |
|
19.08.2022 |
Şamaxı - Səbail |
1:1 |
|
23.10.2022 |
Səbail - Şamaxı |
0:0 |
|
26.01.2023 |
Şamaxı - Səbail |
2:1 |
|
27.05.2023 |
Səbail - Şamaxı |
1:0 |
|
05.10.2024 |
Səbail - Şamaxı |
2:0 |
Qeyd edək ki, “Şamaxı” – “Səbail” oyunu saat 14:00-da başlayacaq.
İdman.biz
