Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Altı oyundan ikisində qələbə - baş məşqçini dəyişməyin səbəbi - İdman və Biz

Altı oyundan ikisində qələbə - baş məşqçini dəyişməyin səbəbi

Xəbərlər
12 Dekabr 2024 10:07
225
Altı oyundan ikisində qələbə - baş məşqçini dəyişməyin səbəbi

Luis Qarsia Qətər millisinin baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis bu vəzifədə son bir ildə köməkçisi işlədiyi Tintin Markesi əvəzləyib.

Luis Qarsia futbolçu kimi karyerasının böyük hissəsini "Espanyol"da keçirib və bir müddət bu komandanı çalışdırıb. O, 2007-2008-ci illərdə yeddi oyunda İspaniya millisinin formasını geyinib.

Qeyd edək ki, Qətər millisində məşqçi dəyişikliyinə səbəb komandanın DÇ-2026-nın seçmə mərhələsində uğursuz çıxışıdır: qrupda ilk 6 oyundan yalnız 2-də qalib gələrək mundiala getmək işini çətinə salıb.

İdman.biz