Mövsümdə ilk qapıçı

Xəbərlər
12 Dekabr 2024 09:47
132
Mövsümdə ilk qapıçı

Çempionlar Liqasının 2024/25 mövsümündə ilk dəfə qapıçı həftənin ən yaxşısı adına namizəd olub.

İdman.biz xəbər verir ki, “Brest”in qolkiperi Marko Bizo 4 iddiaçı arasında yer alan ilk əlcək sahibi olub.

O, PSV üzərində 1:0 hesablı qələbədə pay sahibi olub. Bizo bu görüşdə 4 seyv edib.

Qeyd edək ki, mükafata digər namizədlər Bukayo Saka (“Arsenal”), Maykl Olisse (“Bavariya”) və Antuan Qrizmanndır (“Atletiko”).

İdman.biz

Məqalədə: