XXI əsrdə ilk dəfə

Xəbərlər
9 Dekabr 2024 09:19
142
XXI əsrdə ilk dəfə

“Botafoqo” Braziliya çempionu adını qazanıb.

İdman.biz xəbər verir ki, bu, A seriyasının son turunda rəsmiləşib.

“Botafoqo” öz meydanında “San Paulu”nu 2:1 hesabı ilə məğlub edib. 38 oyunda 79 xal toplayan Rio de Janeyro təmsilçisi “Palmeyras”ı 6 xal qabaqlayıb.

“Botafoqo” XXI əsrdə ilk dəfə ölkə çempionu olub. Bunadək 1968-ci və 1995-ci illərdə də qızıla sahib olan komanda ümumilikdə 3-cü dəfə ən güclü adını qazanıb.

Qeyd edək ki, “Botafoqo” dekabrın 1-də Libertadores kubokunu əldə edərək tarixində ilk dəfə bu titula sahib çıxıb.

İdman.biz

Məqalədə: