Məşqçi Kriştiano Ronaldoya istirahət verəcək?

Xəbərlər
2 Dekabr 2024 17:30
148
Məşqçi Kriştiano Ronaldoya istirahət verəcək?

"Əl-Nəssr"in hücumçusu Kriştiano Ronaldonun bu gün Asiya Çempionlar Liqası çərçivəsində "Əl-Sədd"lə matçda çıxış etməyəcəyi gözlənilir.

İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Stefano Pioli portuqaliyalı ulduza istirahət verməyi düşünür.

Ronaldo sonuncu dəfə oktyabrın 25-də "Əl-Nəssr"in "Əl-Xolood"la oyununu buraxıb.

İdman.biz