Fransalı jurnalistlər "Qarabağ"ın futbolçusunu təxribata çəkməyə çalışıblar - VİDEO

Xəbərlər
27 Noyabr 2024 14:30
148
Fransalı jurnalistlər "Qarabağ"ın futbolçusunu təxribata çəkməyə çalışıblar - VİDEO

Bu gün Avropa Liqası 5-ci turunun “Qarabağ” – “Lion” matçı ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

İdman.biz 1news.az-a istinadən xəbər verir ki, fransalı jurnalistlər mətbuat konfransına qatılan "Qarabağ"ın yarımmüdafiəçisi, vaxtilə "Lion"da çıxış etmiş Yasin Benziaya təxribat xarakterli suallar da veriblər.

Onlar əlcəzairli futbolçudan “Qarabağ”dakı çıxışı, klubun adının mənşəyi və niyə xüsusi məna daşıdığını soruşublar.

“Lion”la qarşılaşma mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu klubda oynamışam. İndi “Qarabağ”ın heyərində “Lion”a qarşı çıxış edəcəyəm. Oynadığım “Lion”la indiki klub arasında böyük fərq var. Klubun prezidenti də dəyişib. O vaxt komanda ən yüksək yerlər uğrunda mübarizə aparırdı. Amma indi də komanda çox güclüdür.

“Qarabağ” klubunun adı hamı üçün xüsusi məna kəsb edir. Biz isə bu ada layiq çıxış etməyə çalışırıq. Adın xüsusi mənasından danışarkən komandanın özünün Qarabağdan, müharibə gedən bölgədən olduğunu nəzərdə tuturdum. Amma məcbur qalıb Bakıda məskunlaşıb. Sözlərimdə heç bir alt məna axtarmağa ehtiyac yoxdur. Müdrik məşqçimiz var və işimiz meydana çıxıb oynamaqdır.

"Qarabağ"da biz bir ailə kimiyik. Klubun sahib olduğu dəyərlərdən məmnunam. Məşqçi hər bir oyunçuya fərdi yanaşır. Buna görə də burada olmaqdan xoşbəxtəm”, - deyə Benzia bildirib.

Qeyd edək ki, sabah, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

İdman.biz