Misli Premyer Liqasının VII turunda "Şamaxı" ilə oyunda zədələnərək əvəzlənən Elmir Tağıyevin son durumu müəyyənləşib.
İdman.biz xəbər verir ki, MRT müayinəsindən keçirilən yarımmüdafiəçinin qasıq nahiyəsində əzələ yırtığı aşkarlanıb.
Futbolçuya 3 həftəlik müalicə prosesi təyin olunub.
Qeyd edək ki, matç “Şamaxı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz