“Real” hücumçusunu satıb

Xəbərlər
14 Avqust 2024 20:19
670
“Real” hücumçusunu satıb

“Real”ın hücumçusu Xuanmi Latasanın taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, hücumçu karyerasını “Valyadolid”də davam etdirəcək.

21 yaşlı forvardın transferi 4,5 milyon avroya gerçəkləşib. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Latasa 2016-cı ildə 15 yaşında “Real”a keçmişdi.

İdman.biz