“Sumqayıt”ın rəqibində yeni futbolçu

Xəbərlər
5 İyul 2024 11:48
279
“Sumqayıt”ın rəqibində yeni futbolçu

“Sumqayıt”ın Konfrans Liqasında rəqibi olan “Fehervar” klubu heyətinə yeni futbolçu qatıb.

İdman.biz xəbər verir ki, macarlar 27 yaşlı yarımmüdafiəçi Bedi Bense ilə gücləniblər.

Futbolçu yerli “Zalaeqerseq”dən transfer olunub. O, azad agent kimi “Fehervar”a keçib. Bense Macarıstan çempionatında meydana çıxdığı 141 oyunda 7 qolla yadda qalıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də səfərdə olacaq.

İdman.biz