“Zirə” yoxlama oyununda uduzub

Xəbərlər
22 İyun 2024 19:53
279
“Zirə” yoxlama oyununda uduzub

“Zirə” Boluda keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər ki, təmsilçimiz “Orenburq”la (Rusiya) qarşılaşıb.

Görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Zirə” ayın 25-də Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.

İdman.biz