Norveçli hücumçu bombardir yarışından kənar qalıb

Xəbərlər
25 May 2024 17:45
114
Norveçli hücumçu bombardir yarışından kənar qalıb

“Vilyarreal”ın norveçli hücumçusu Aleksandr Sorlot La Liqada mövsümü bombardir kimi bitirə bilməyəcək.

İdman.biz xəbər verir ki, onun arzuları mövsümün sonuncu - 38-ci turunda ürəyində qalıb.

“Osasuna” səfəri öncəsi bombardirlər siyahısında 1-ci olan ukraynalı Artyom Dovbikdən (24 qol) cəmi 1 qol geri qalan 28 yaşlı forvardın bu oyunda onu keçmək arzusu reallaşmayıb. Sorlot meydan sahiblərinin 1:0 öndə olduğu və davam edən matçın 17-ci dəqiqəsində zədələnərək yerini Xose Luis Moralesə verib.

Qeyd edək ki, bombardirlik mübarizəsində “Real”ın futbolçusu Cud Belingem 19 qolla 3-cü sıradadır.

İdman.biz

Məqalədə: