Avropa Liqasının simvolik komandası

Xəbərlər
25 May 2024 00:09
1 166
Avropa Liqasının simvolik komandası

Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İlk 11-də finalda "Bayer" 3:0 hesabı ilə məğlub edən “Atalanta”nın 4 futbolçusu yer alıb. Leverkuzen klubunun 3 futbolçusu simvolik heyətə düşüb.

Qapıçı: Mile Slivar (“Roma”).

Müdafiəçilər: Canluka Mançini (“Roma”), Conatan Ta (“Bayer”), Berat Ridvan Cimsiti (“Atalanta”).

Yarımmüdafiəçilər: Ceremi Frimponq (“Bayer”), Tön Kompeyners (“Atalanta”), Qranit Caka («Bayer»), Matteo Rudjeri (“Atalanta”).

Hücumçular: Florian Virts (“Bayer”), Pyer-Emeri Obameyanq (“Marsel”), Ademola Lukma (“Atalanta”).

İdman.biz