Azərbaycan çempionatında feyr-pley nümunəsi: Qurbanov fərqlənib - VİDEO

Xəbərlər
2 May 2024 10:21
Azərbaycan çempionatında feyr-pley nümunəsi: Qurbanov fərqlənib - VİDEO

Azərbaycan çempionatının I Liqasında nadir hadisə baş verib.

İdman.biz xəbər verir ki, bu, “Difai Ağsu” – “Mingəçevir” görüşündə yaşanıb.

Şamaxıda keçirilən görüşün 82-ci dəqiqəsində qonaqlar feyr-pley qaydalarına əməl etməyiblər. Mingəçevirin eyniadlı təmsilçisi aut atışından sonra topu rəqibə vermək əvəzinə hücum qurub və qol vurub.

Bu, rəqibin ciddi narazılığına səbəb olub. “Mingəçevir”in baş məşqçisi Ədəhim Niftəliyev bu səhvi aradan qaldırmaq üçün futbolçularına feyr-pleylə bağlı xüsusi tapşırıq verib.

Ağsu təmsilçisi buraxılan qoldan sonra oyuna mərkəzdən başlayan kimi “Mingəçevir”in bütün futbolçuları kənara çəkiliblər. Topla rahat irəliləyən Bayraməli Qurbanov müqavimətsiz rəqibin qapısına qol vurub.

Qeyd edək ki, qarşılaşma “Difai Ağsu”nun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz

Məqalədə: