Minsk sərgüzəştləri: 1 heç-heçə, 2 məğlubiyyət

Xəbərlər
28 Aprel 2024 16:19
266
Minsk sərgüzəştləri: 1 heç-heçə, 2 məğlubiyyət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığma Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. U-17-nin heyətində Əli Qazıbəyov 10-cu, Ümid Səlimov isə 13-cü dəqiqədə fərqləniblər. Qələbə hesabını qoruya bilməyən millimiz penalti seriyasında Tacikistana qalib gəlib (3:1).

Qeyd edək ki, U-17 ilk iki görüşündə Belarus yığmasına 0:4, Özbəkistana isə 0:2 hesabı ilə məğlub olub.

İdman.biz