“Qəbələ”nin futbolçusu əməliyyat olunub

Xəbərlər
25 Aprel 2024 13:45
158
“Qəbələ”nin futbolçusu əməliyyat olunub

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.

İdman.biz xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

İdman.biz