“Yığmada yer almaq mənim üçün fəxrdir”.
Bunu İdman.bizə Azərbaycanın millisinin futzalçısı İlham Alıyev deyib.
O, ilk dəfə əsas yığmaya çağırılmasını və Gürcüstanla 2 yoxlama matçını şərh edib. Alıyevin sözlərinə görə, televiziyadan izlədiyi və ondan 20 yaş böyük olan futzalçılarla birlikdə oynaması çox sevindiricidir: “Bu həm böyük təcrübədir, həm də çox möhtəşəmdir. U-19 komandamızdan məndən başqa, Qüdrət Qasımzadə də burdadır. Təbii ki, müəyyən qədər həyəcanlıyam. Oyuna yaxşı hazırlaşmışıq. Məşqlərimiz yaxşı keçir. İnanıram ki, yaxşı görüş olacaq. Avropa çempionatının seçmə mərhələsi üçün də təklif gəlsə, hər zaman gəlməyə hazıram”.
Qeyd edək ki, milli aprelin 14-də və 16-da Tiblisidə Gürcüstanla yoldaşlıq oyunu keçirəcək.
Banuçiçək Hüseynli
İdman.biz
